“Media keyfiyyəti və alqoritmik jurnalistika: Azərbaycan xəbər məkanında risklər və imkanlar” mövzusunda elmi seminar

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının doktorantı Lalə Paşayevanın 06 mayda “Media keyfiyyəti və alqoritmik jurnalistika: Azərbaycan xəbər məkanında risklər və imkanlar” mövzusunda elmi seminarı keçirilib.
Seminarda kafedranın professor-müəllim heyəti iştirak edib.
Kafedra müdiri, dosent Xatirə Hüseynova bildirib ki, Lalə Paşayeva Alqoritmik jurnalistikanın yaratdığı riskləri və imkanları ətraflı araşdırıb.
Elmi seminarda media keyfiyyəti və alqoritmik jurnalistika mövzusunda geniş müzakirələr aparılıb. Qeyd olunub ki, sosial media və rəqəmsal platformalar vasitəsilə yayılan xəbərlər istifadəçi davranışlarına uyğun olaraq filtrdən keçirilir və bu da informasiya müxtəlifliyinə təsir göstərir.
Seminarda alqoritmik jurnalistikanın müsbət tərəflərinə də toxunulub. Vurğulanıb ki, süni intellekt əsaslı texnologiyalar məlumatların operativ emalına, auditoriyaya uyğun kontentin təqdim olunmasına və faktların daha sürətli yoxlanılmasına imkan yaradır.
İnteraktiv şəkildə keçən elmi seminarda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb və gələcəkdə bu sahədə araşdırmaların genişləndirilməsinin vacibliyi qeyd olunub.