"M.Ə.Rəsulzadə "İqbal" qəzetinin əsas müəlliflərindən biri kimi" mövzusunda elmi seminar

Milli mətbuat tarixi kafedrasının müəllimi Afaq Rəfiyevanın "M.Ə.Rəsulzadə "İqbal" qəzetinin əsas müəlliflərindən biri kimi" mövzusunda elmi seminarı keçirilib.
Seminarda Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli, kafedranın müəllimləri və tələbələr iştirak ediblər.
Elmi seminarda M.Ə.Rəsulzadənin "İqbal"dakı publisistik fəaliyyəti, elmi ədəbiyyata tanış olmayan, ilk dəfə dərc edilən məqalələri, yazılarının mövzu dairəsi barədə ətraflı məlumat verilib.
Azərbaycan xalqının tarix və mədəniyyətinə dərindən bələd olan, dünyada baş verən ictimai-siyasi hadisələri obyektiv qiymətləndirən, cümhuriyyətimizin qurucusu M.Ə.Rəsulzadənin azadlıq və istiqlal ideologiyasının konkret məqalələr əsasında təhlili elmi seminarın əsas mövzusu idi.
Seminar interaktiv şəkildə, tələbələrin sual-cavabı əsasında yekunlaşıb.