Konfrans bölmə iclasları ilə davam edib

Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Üsküdar Universitetinin birgə təşkilatçılığı, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda Beynəlxalq konfrans bölmə iclasları ilə davam edib.
Ümumilikdə 19 panel iclasında həm Türkiyədən, həm də Azərbaycandan olan professor-müəllim heyəti, gənc tədqiqatçılar tərəfindən maraqlı və müzakirəli məruzələr dinlənilib.
Qeyd edək ki, konfransa ümumilikdə 300-ə yaxın məqalə və 100-ə yaxın tezis qəbul olunub. Tədbir zamanı medianın müxtəlif istiqamətləri üzrə 19 canlı, 24-dək onlayn panel müzakirəsi baş tutub.