"Klassik media üçün müasir təhdidlər: jurnalistikaya inam niyə azalır?" mövzusunda elmi seminar

Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi Günel Əhmədovanın “Klassik media üçün təhdidlər və jurnalistikaya inam niyə azalır?” mövzusunda elmi seminarı keçirilib.
Seminarda Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli çağdaş medianın problemləri ilə bağlı giriş sözü söyləyib.
Sonra kafedranın müəllimi Günel Əhmədova “Klassik media üçün təhdidlər və jurnalistikaya inam niyə azalır?” mövzusunda maraqlı məruzə edib. O, sosial şəbəkələr, texnoloji manipulyasiya və süni zəka, mediaya inamı necə bərpa etmək barədə danışıb.
G.Əhmədova beynəlxalq Röyter (Reuters) İnstitutunun 2025-ci ilin iyun ayında dərc etdiyi “Rəqəmsal xəbər hesabatı”ndakı məlumatları təhlil edib, mediaya təhdidlər üzrə ən son icmalı seminar iştirakçılarının nəzərinə çatdırıb. Jurnalistikaya inamı bərpa etməyin yolunun şəffaflıq, etika və şəraitə uyğunlaşmadan keçdiyini vurğulanıb.
Seminar kafedra müəllimlərinin maraqlı müzakirələri ilə yekunlaşıb.