Kərküklü jurnalist və yazar Şəmsəddin Küzəçi ilə görüş
Jurnalistika fakültəsində Dünya İletişimcilər ilə Kərkük Kültür Dərnəyinin, İraq-Türkmən Qəzetecilər Cəmiyyətinin qurucusu və başqanı Dr. Şəmsəddin Küzəçinin kitab təqdimatı keçirilib.
Tədbirin moderatoru, dekan müavini Samir Mirzəyev qonaqları salamlayaraq, Kərküklü jurnalist və yazar Şəmsəddin Küzəçinin həyat və yaradıcılığı ilə tədbir iştirakçılarını məlumatlandırıb.
Sonra söz qonağa verilib. Ş.Küzəçi “İraq mətbuat tarixi (1869-2019)” ilə bağlı əsas məqamları professor-müəllim heyəti və tələbələrin diqqətinə çatdırıb. O, “İraqda Krallıq dovründə informasiya siyasəti(1921-1958)”, “Cumhuriyyət və BƏƏS Partiyası dövründə kütləvi kommunikasiya(1958-2003)”, “İşğaldan sonrakı dövrdə kütləvi kommunikasiya və mətbuat azadlığı( 2003-2019)” haqqında məlumat verib. Eyni zamanda İraqda ilk radio, televiziya və qəzetlərin yaranması tarixini geniş məruzə edib.
Çıxış edən qonaqlardan əməkdar elm xadimi, folklorşünas Qəzənfər Paşayev, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının siyasi elmlər doktoru Sabir Məmmədli, Ərəb filologiyası kafedrasının müəllimi Heybət Heybətov kitab və qonaqla bağlı təəssüratlarını bölüşüblər.
Jurnalist Ş.Küzəçi yazdığı "İraq mətbuat tarixi 150-ci ilində" məqaləsini fakültə dekanı Vüqar Əliyevə təqdim edib.
Bildirək ki, Şəmsəddin Küzəçi kitabda başda türkmən xalqının milli mətbuat tarixi olmaqla, bütövlükdə İraqda mətbuatın formalaşması dövründən tutmuş onun çağdaş mediasına kimi böyük bir dövrü əhatə edib.
Sonda Jurnalistika fakültəsinin bir qrup professor-müəllim heyəti Dünya İletişimcilər Dərnəyinin diplomuna layiq görülüb və dərnəyin fəxri üzvlüyünə qəbul ediliblər.