“Kadrarxası” adlı tədbir keçirilib
-lg.jpg)
“BDU könüllüləri” təşkilatının Jurnalistika fakültəsi üzrə könüllülərinin təşkilatçılığı ilə “Kadrarxası” adlı tədbir keçirilib. Tədbirin qonağı tanınmış jurnalist və aparıcı Vəfa Seyidova olub.
Tədbiri Jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev açıq elan edərək qonağı iştirakçılara təqdim edib və tədbirin əhəmiyyətindən danışıb.
Daha sonra Tədris teleradio studiyasının müdiri və Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi Ramin Rzayev çıxış edərək qonağın çalışqanlığını, öz üzərində daim işləməsini və peşəkar fəaliyyətini xüsusi vurğulayıb.
Görüş zamanı Vəfa Seyidova öz peşəkar fəaliyyəti, jurnalistika sahəsində qazandığı təcrübə, televiziya aparıcılığının incəlikləri və media sahəsində uğur qazanmağın yolları barədə fikirlərini tələbələrlə bölüşüb. O, həmçinin jurnalistin peşəkar keyfiyyətləri, məsuliyyəti və nəzəri biliklərlə yanaşı, praktiki təcrübənin vacibliyi haqqında danışıb.
Görüş tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.