Jurnalistika fakültəsinin tələbəsi “Xocalı Həqiqətləri Rəqəmsal Sənətdə” foto müsabiqəsinin qalibi olub

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar olaraq keçirilən “Xocalı Həqiqətləri Rəqəmsal Sənətdə” foto müsabiqəsi başa çatıb.
Müsabiqənin məqsədi Xocalı faciəsinin dərin emosional təsirini sənət vasitəsilə ifadə etmək, tarixi həqiqətləri innovativ yolla yeni nəsillərə ötürmək və vizual sənətin gücü ilə beynəlxalq ictimaiyyətə çatdırmaqdan ibarət olub.
İştirakçılar süni intellekt və rəqəmsal texnologiyalardan istifadə edərək Xocalı faciəsini vizual ifadə vasitəsilə təsvir ediblər.
Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi Nahid Xəlilov 1-ci yerə layiq görülərək yaradılmış Komissiya heyəti tərəfindən aparılan qiymətləndirmə nəticəsində qalib olub.