Jurnalistika fakültəsinin tələbəsi CNN TÜRK-də

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi Banuçiçək Kalbalıyeva Türkiyənin nüfuzlu beynəlxalq media qurumlarından biri olan CNN Türk telekanalında təcrübə keçmək imkanı qazanıb.
Təcrübə müddətində B.Kalbalıyeva jurnalistikanın dinamik və məsuliyyətli mühitində fəaliyyət göstərərək, xəbər istehsalının bütün mərhələlərində yaxından iştirak edib.
Xəbərlərin toplanması, emalı, montajı və efirə hazırlanması proseslərini yerindəcə müşahidə edən və bu proseslərə bilavasitə cəlb olunan tələbə, peşəkar jurnalistlərlə birgə çalışıb.
O, redaksiyasıda olarkən real vaxtda xəbərlərin hazırlanması, hadisə yerindən reportajların canlı şahidi olub.
Təcrübə proqramının sonunda, Banuçiçək Kalbalıyevanın göstərdiyi yüksək məsuliyyət, təşəbbüskarlıq və yaradıcılıq keyfiyyətləri CNN Türk rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Kanal rəhbərliyi ona rəsmi referans məktubu təqdim edərək gələcək karyerasında uğurlar arzulayıb.