Jurnalistika fakültəsinin tələbələri II Fəxri Xiyabanı ziyarət ediblər

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin I kurs tələbələri II Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək məqsədilə II Fəxri Xiyabanı ziyarət ediblər.
Ziyarət zamanı şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə iştirak edən fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev, həmçinin BDU könüllülərinin fakültə üzrə sədri Güllü Hacızadə tələbələrin vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə tədbirlərin mühüm rol oynadığını vurğulayıblar. Onlar belə ziyarətlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətini qeyd ediblər.
Vətən müharibəsinin beşinci ildönümü münasibətilə təşkil olunan bu ziyarətdə fakültə tələbələri fəal iştirak edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyiblər.