Jurnalistika fakültəsinin tələbələri Ahıllar Mərkəzini ziyarət ediblər
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) üzvləri növbəti sosial layihə çərçivəsində Ahıllar Mərkəzini ziyarət ediblər.
Görüşün əsas məqsədi ahıllarla ünsiyyət qurmaq, onlara diqqət və qayğı göstərmək olub.
TGT-nin fakültə üzrə sədri Namiq İslamzadə ahılların cəmiyyət üçün dəyərindən danışıb, belə görüşlərin həm tələbələr, həm də yaşlı nəslin nümayəndələri üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Rəsmi hissədən sonra iştirakçılar birlikdə Azərbaycan kinosunun sevilən nümunələrindən olan "Bəyin oğurlanması" filmini izləyiblər.
Daha sonra çay süfrəsi təşkil olunub. Tələbələr ahılların həyat hekayələrini dinləyib, onların xatirə və tövsiyələrini dinləyiblər. Görüşün sonunda isə Ahıllar Mərkəzinin sakinlərinə hədiyyələr təqdim olunub.