Jurnalistika fakültəsinin professoru Şamil Vəliyev vəfat edib
18 Yanvar 2024 12:41

Əməkdar jurnalist, professor Şamil Vəliyev 64 yaşında vəfat edib.
Vəliyev Şamil Qiyas oğlu 1960-cı ilin fevralında Loru mahalının Körpülü kəndində anadan olub.
O, 2005-2022-ci illərdə Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri, 2012-2016-cı illərdə fakültənin dekanı vəzifələrində çalışıb, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü olub.
Ş.Vəliyev milli mətbuat tarixi sahəsinin, xüsusilə "Füyuzat" ədəbi məktəbinin araşdırılmasında böyük xidmətləri olub. Bu sahədə nəşr olunmuş bir sıra tədqiqatların, əsərlərin müəllifidir.
Milli mətbuatın inkişafında göstərdiyi xidmətlərə görə "Əməkdar jurnalist" fəxri adına layiq görülən Ş.Vəliyev eyni zamanda “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-1920)” yubiley medalı ilə təltif edilib.
Allah rəhmət etsin!
Son XƏBƏRLƏR
06.11.2026 | 16:00
Respublika elmi-praktik konfransı öz işini davam etdirir
05.11.2026 | 15:10
Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktik konfransı keçirilir
05.11.2026 | 14:58
Konfransın bölmə iclaslarında məruzələr dinlənilib
05.11.2026 | 14:56