Jurnalistika fakültəsinin müəllimləri V Şəbəkələşmə Forumunda iştirak ediblər

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə 20-21 dekabr 2025-ci il tarixində Nabran qəsəbəsi “Təhsil” istirahət mərkəzində “Gənc Müəllimlərin V Şəbəkələşmə Forumu” keçirilib. Forumun keçirilməsində əsas məqsəd gənc müəllimlər arasında peşəkar ünsiyyətin gücləndirilməsi, təhsil sahəsində aktual mövzuların müzakirəsi və şəbəkələşmə mkanlarının genişləndirilməsi olub.
Tədbirdə DDU-nun Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva “Media savadlılığı nədir və niyə vacibdir?, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi Nurşərəf Tağıyeva “Media savadlılığı və yeni trendlər”
mövzusunda çıxış edərək informasiya cəmiyyətində tənqidi düşüncənin əhəmiyyətini diqqətə çatdırıb, rəqəmsal mediada baş verən yeniliklər və çağırışlar barədə məlumat veriblər.
Forum iştirakçıların aktiv müzakirələri və fikir mübadiləsi ilə yadda qalıb, gənc müəllimlər üçün yeni əməkdaşlıq imkanları yaradıb.