Jurnalistika fakültəsinin müəllim və doktorantları Beynəlxalq elmi konfransda iştirak ediblər
-lg.jpg)
01-02 oktyabr 2025-ci il tarixlərində Naxçıvan Dövlət Universitetində “İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” I Beynəlxalq elmi konfrans keçirilib.
Konfransda Bakı Dövlət Universitetinin (BDU)Jurnalistika fakültəsinin dekan müavini, dosent Sevinc Əliyeva, Milli Mətbuat tarixi kafedrasının elmlər doktoru proqramı üzrə doktorantı Mahir Qəribov, Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi Arzu İsayeva, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının doktorantı Günel Qəribova elmi məruzələrlə çıxış edərək innovasiya və davamlı inkişaf sahəsindəki dəyərli töhfələrini konfrans iştirakçıları ilə bölüşüblər.
Konfrans üz-üzə və onlayn formatda təşkil edilib.
Qeyd edək ki, bu konfrans innovasiya və texnoloji inkişaf sahəsindəki nəzəri və praktiki yeniliklərin müzakirəsi, yeni tədqiqat istiqamətlərinin yaradılması və elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün xüsusi bir platformadır. Naxçıvanda keçirilmiş beynəlxalq tədbirdə təqdim olunan orijinal tədqiqatlar elmi standartlara uyğun olaraq incələnəcək və konfrans materialları xüsusi nəşr olaraq çap ediləcəkdir.
“İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” I Beynəlxalq konfransın materialları beynəlxalq kriterilərə uyğun indeksləşmiş, hər bir məqalə DOİ kodu ilə elektron və çap variantında nəşr olunacaq.
Jurnalistika fakültəsinin müəllimləri həmçinin Naxçıvan Dövlət Universitetinin Jurnalistika fakültəsinin I kurs tələbələri ilə də görüşüb, fikir mübadiləsi aparıblar.