Jurnalistika fakültəsinin magistrantı fotomüsabiqənin qalibi olub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunan “İqlim dəyişikliklərinin həlli yolları: beynəlxalq əməkdaşlıq və elmi kommunikasiya” mövzusunda tədbir keçirilib.
Tədbir çərçivəsində “Yaşıl gələcək bizim gözümüzlə” adlı fotomüsabiqənin qalibləri mükafatlandırılıb.
Mərasimdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış alimlər, ekoloji sahədə fəaliyyət göstərən ekspertlər və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib.
Fotomüsabiqənin qaliblərindən biri də Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin magistrantı Maral Şahverdili olub. O, iqlim dəyişikliyi və ekoloji məsuliyyət mövzusunda çəkdiyi təsirli foto ilə mükafata layiq görülüb.
Bu uğur Bakı Dövlət Universitetinin tələbələrinin ekoloji maarifləndirmə və davamlı inkişaf prinsiplərinə verdiyi dəyərin və töhfənin bariz nümunəsidir.