Jurnalistika fakültəsinin I kurs tələbələri Universitetin Heydər Əliyev Muzeyini ziyarət ediblər

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin I kurs tələbələri Universitetin Heydər Əliyev Muzeyini ziyarət ediblər. Muzeyin mütəxəssisi Afət Seyidzadə Muzey haqqında tələbələrə geniş məlumat verib.
Bildirilib ki, 1997-ci ildən Ulu Öndər Heydər Əliyevin şəxsi razılığı ilə Universitetdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi Ulu Öndərin zəngin irsinin təbliği və öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Muzey Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar BDU-nun tədbirlər planı çərçivəsində ən müasir standartlar əsasında yenidən qurulub. Muzeydə BDU-nun dünya şöhrətli məzunu və fəxri doktoru, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin həyatının müxtəlif dövrlərini əks etdirən sənədlər nümayiş olunur. Ulu Öndər Heydər Əliyevin mənalı ömrünün, xalqımızın və dövlətimizin rifahına həsr olunmuş həyatının ayrı-ayrı məqamlarından bəhs edən sənəd və fotoşəkillər tələbələrdə böyük təəssürat yaradıb.