Jurnalistika fakültəsinin əməkdaşı Beynəlxalq simpoziumda məruzə edib
Tekirdağ Namık Kamal Universiteti İqtisadiyyat və idarəetmə fakültəsində Beynəlxalq münasibətlər simpoziumu keçirilib.
Jurnalistika elmi-tədqiqat laboratoriyasının müdiri, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosent əvəzi Aytəkin Zeynalova “Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi” mövzusunda məruzə edib. A.Zeynalova çıxışında türkdilli dövlətlərin birliyi üçün mükəmməl bir modelin yaradılmasından danışaraq bu platformanın qarşıdakı illərdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. Türk dövlətlərinin əməkdaşlığını bütövlükdə türk dünyası birliyinin daha da güclənməsi kimi xarakterizə edən A.Zeynalova bildirib ki, bu dövlətlər hər bir məsələdə ortaq mövqe nümayiş etdirməli, bir-birilərini dəstəkləməlidirlər.