Jurnalistika fakültəsində ustad dərsi keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “XIX əsrdə Türk mətbuatı” mövzusunda ustad dərsi keçirilib.
Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, professor Həmid Vəliyev qardaş Türkiyə Cumhuriyyətinin hər zaman Azərbaycanın yanında olduğunu, 44 günlük şanlı zəfərimizdə Türkiyə mətbuatının böyük rol oynadığını tələbələrin diqqətinə çatdırıb. Daha sonra Türkiyədə mətbuatın yaranması və inkişafı tarixi ilə bağlı geniş məlumat verib. Türkiyədə ilk qəzetlərin xarici dildə yarandığını vurğulayaraq, türk dilində ilk mətbuat orqanı olan “Təkvimi-Vəkayi” ilə bağlı əsas məqamları qeyd edib. Eyni zamanda Türkiyədə çap işinin meydana çıxması, türk mühacir mətbuatı, azad türk mətbuatının əsasının qoyulması haqqında tələbələri bilgiləndirib.
Ustad dərsi maraqlı müzakirələrlə yekunlaşıb.