Jurnalistika fakültəsində “Tələbə tribunası”nın təqdimatı keçirilib
14 May 2026 12:08

Jurnalistika fakültəsinin III kurs tələbələri "Xalq qəzeti"ndə "Tələbə tribunası" səhifəsini hazırlayıblar.
Onlar "Media iqtisadiyyatı" seçmə fənni çərçivəsində fənn müəllimi Kənan Novruzovun rəhbərliyi ilə iqtisadi mövzuda materiallar hazırlayıblar.
Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova bu cür praktik fəaliyyətin tələbələrin yaradıcılıq fəaliyyəti üçün mühüm rol oynadığını qeyd edib.
Kafedranın dosenti Zaur Babayev isə söyləyib ki, tədris ilinin sonuna yaxın belə nümunələr ortaya qoymaq ötən ayların səmərəli keçdiyini göstərir.
Fənn müəllimi K.Novruzov dəstəyə və etimada görə kafedra müdirinə, fəallıqları üçün tələbələrə təşəkkür edib.
Qeyd edək ki, bundan əvvəl həmin qrup tələbələrinin yaradıcılıq nümunələri “Bütöv Azərbaycan” qəzetində dərc olunmuşdu. Bu cür praktik fəaliyyət fakültədə artıq ənənəyə çevrilib.
Son XƏBƏRLƏR
17.07.2026 | 13:01
“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub
08.07.2026 | 14:22
“İctimaiyyətlə əlaqələr” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq
07.07.2026 | 12:51
Sosial media ilə bağlı yeni tələblər və yeni dərslik
06.07.2026 | 14:31
Jurnalistika fakültəsində “Onlayn və multimedia jurnalistikası” ixtisaslaşması yaradılır
06.07.2026 | 13:21