Jurnalistika fakültəsində 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
Fakültə Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə keçirilən tədbirdə Gənclər gününün əhəmiyyətindən, ölkəmizdə uğurla reallaşdırılan gənclər siyasətinin mahiyyətindən söz açılıb. TGT-nin Jurnalistika fakültəsi üzrə sədri Namiq İslamzadə gəncliyin önəmi, karyera quruculuğu və gələcək planlardan bəhs edib. O, daha sonra təşkilatın aktiv üzvlərinin mükafatlandırlıması üçün gətirdiyi hədiyyələrin simvolik mənasını açıqlayaraq tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb:
"Hədiyyə olaraq seçilən maşın uğur və inkişafa aparan yolu simvolizə edir. Bu, eyni zamanda sükanın gənclərin əlində olduğunu göstərir. Sükanı düzgün idarə etməklə gənclər bu yaşda özlərini necə inkişaf etdirərlərsə, gələcəklərini də o cür formalaşdırmış
olarlar”.
N.İslamzadə qeyd edib ki, Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsi və Tələbə Gənclər Təşkilatı inkişaf anlayışı ilə birbaşa bağlıdır.
Sonra idarə heyətinin aktiv üzvləri – Nərmin Məmmədzadə, Aydan Əsgərxanlı, Mənzər Abışova, Aylin Bayraməliyeva, Brilliant Əzimzadə, Eslanda Kulieva, Zəhra Məlikova, Selcan Sultanova, Gülnar Mustafayeva, Solmaz Ələkbərli, Gülay Səlifova, Ayan Əsgərova, Ayan Sədi, İrşad Bədəlzadə, Nərgiz Əzizli, Aysu Salahova, Fidan Şahbazlı, Aysel Şıxməmmədova, Səidə Nəsirova və Fatimə İbrahimova sertifikat və hədiyyələrlə təltif olunublar.