Jurnalistika fakültəsində Qənirə Paşayeva işığı
7 Mart 2025 14:04

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində "Azərbaycan Türk Ocağı" İctimai Birliyinin təsis etdiyi Qənirə Paşayeva adına mükafatın təqdimat mərasimi keçirilib. Qənirə Paşayevanın anadan olmasının 50-ci ildönümünə həsr olunmuş tədbirdə "Azərbaycan Türk Ocağı" İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, "Şərq"ə qəzetinin baş redaktoru Akif Aşırlı, BDU-nun professoru, filologiya elmləri doktoru Cahangir Məmmədli, Jurnalistika Fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu, dekan müavini Samir Mirzəyev, dekan müavini Sevinc Əliyeva, Qənirə Paşayevanın Türkiyədə yaşayan bacısı Kəmalə Paşayeva, "Zəfər" Liseyinin icraçı direktoru Tural Abasquliyev, Əməkdar artist Nuriyyə Hüseynova, "Addım-addım Türkiyə Qənirə Paşayeva ilə" filminin rejissoru Elnurə Kazımova və tələbələr iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan "Azərbaycan Türk Ocağı" İctimai Birliyinin başqanı Akif Aşırlı vurğulayıb ki, Qənirə Paşayevanın həyatı, fəaliyyəti, Türk Dünyasının birliyi üçün mücadiləsi, Vətən sevgisi gənclər üçün əsl örnəkdir. A.Aşırlı qeyd edib ki, Qənirə Paşayevanın Türk Dünyasının birliyi üçün gördüyü mühüm işlər, fədakarlığı, milli mətbuatımızın inkişafında oynadığı rolu və 1918-1920-ci ildə fəaliyyət göstərmiş Azərbaycan Türk Ocağının bərpasında iştirakı bu mükafatın təsisi üçün ciddi əsas olub:
"Bugün çox önəmli bir simanın, Qənirə Paşayevanın anadan olmasının 50-ci ildönümüdür. O, təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının övladı idi. Qənirə xanım Türk dünyasının inkişafı uğrunda fədakarcasına mücadilə aparıb, hətta deyərdim ki, bu yolda şəhid olub. Türk Dünyasının birliyi Qənirə Paşayevanın amalı, amacı idi. İctimai-siyasi fəaliyyəti ilə yanaşı, jurnalistika fəaliyyəti də var idi. O, ilk dəfə cəmiyyət qarşısına jurnalist olaraq çıxdı. Jurnalistika sahəsində polemika mədəniyyətini ortaya qoyan, jurnalistin cəsarətini formalaşdıran bir sima kimi sevildi. O baxımdan Azərbaycan Türk Ocağı olaraq Qənirə xanımın jurnalistika fəaliyyətini, bu sahəyə gətirdiyi dəyərləri, həmin obrazı yaşadacaq tələbələr arasından bir nəfəri seçərək mükafatlandırmaq qərarına gəldik və Qənirə Paşayeva adına mükafatı təsis etdik. Nəzərdə tutmuşuq ki, hər il Qənirə Paşayevanın anadan olmasının ildönümü günü bu mükafatı gənc qələm sahibinə, jurnalistika fakültəsinin tələbəsinə verək. Müsabiqə şərtlərini də təkmilləşdirməyi düşünürük. Bu, həm də Azərbaycan Türk Ocağı olaraq bizim Qənirə xanımın ad gününə bir töhfəmizdir. Ruhu şad olsun!".
A.Aşırlı əlavə edib ki, BDU-nun Jurnalistika fakültəsi ilə sıx əməkdaşlıq edildiyini vurğulayıb: "Fakültənin bir neçə tələbəsi "Şərq" qəzetində çalışır, təcrübə keçir, öyrənirlər. Çalışmışıq ki, bacarıqlı, istedadlı kadrları öz sıralarımıza cəlb edək".
Çıxışdan sonra Akif Aşırlı Türk dünyasının sevimli qızı Qənirə Paşayevanın anadan olmasının 50-ci ildönümü münasibəti ilə təsis edilmiş diplom və pul mükafatını BDU-nun Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi Banuçiçək Kəlbalıyevaya təqdim edib.
Son XƏBƏRLƏR
05.12.2025 | 15:32
Jurnalistika fakültəsinin I kurs tələbələri Universitetin Heydər Əliyev Muzeyini ziyarət ediblər
04.12.2025 | 12:39
Jurnalistika fakültəsinin tələbələri “İlin Könüllüsü” mükafatına layiq görülüblər
02.12.2025 | 15:25