Jurnalistika fakültəsində qazi jurnalistlər ilə görüş keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Vətən müharibəsi iştirakçısı, qazi jurnalistlər, fakültənin məzunları Rəşad Baxşəliyev və Rasim Bayramov ilə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev çıxış edərək qonaqlar haqqında tələbələri məlumatlandırıb. Rəşad Baxşəliyev və Rasim Bayramovun "Qubadlının azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edildiyini bildirib. O, belə görüşlərin təkcə vətənpərvərlik ruhunun aşılanması baxımından deyil, həm də peşəkar inkişaf üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlu bildirib ki, Zəfər Gününün yalnız qələbə günü deyil, suverenliyin tam bərpası yolunda mühüm mərhələdir. O, bu günün yalnız qələbə deyil, həm də suverenliyin tam bərpası yolunda mühüm mərhələ olduğunu vurğulayıb.
Qazi jurnalistlər çıxışlarında müharibə xatirələrini bölüşərək, cəbhə zonasında qarşılaşdığı məqamlar, döyüş yoldaşlarının göstərdiyi böyük cəsarət və qəhrəmanlığı tələbələrin diqqətinə çatdırıblar.
Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib və tələbələrin çoxsaylı sualları cavablandırılıb.