Jurnalistika fakültəsində növbəti elmi seminar
Jurnalistika fakültəsində “Jurnalistika” Elmi tədqiqat Laboratoriyasının elmi işçisi Günay Səməd qızı Məmmədovanın “Azərbaycanda bölgə mediasının təşəkkülü” mövzusunda elmi seminarı keçirilib.
Günay Məmmədova bölgə mətbuatı haqqında seminar iştirakçılarına məlumat verib. Çıxışda bildirilib ki, bölgə mətbuatı mövzu dairəsi, ictimai-siyasi, sosial-iqtisadi və ədəbi-mədəni problematikası ilə milli jurnalistika tariximizin ayrılmaz tərkib hissəsidir. Seminarda ilk bölgə qəzeti olan “Qırmızı Gəncə” qəzetinin əski Azərbaycan əlifbası ilə yazılan bir neçə nömrəsinin mövzu dairəsindən bəhs edilib. Elmi işçi “Lətayif”( Lənkəran) dövrü vərəqə, “Əfkari Mütəəllimin məcmuəsi” (Gəncə), “Füqəra sədası” (Gəncə), “Əxbar” (Şəki) mətbu orqanlar haqqında geniş məlumat verib.
Seminarda fakültənin elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova, dekan müavini Samir Mirzəyev, Milli mətbuat tarixi kafedrasının dosentləri Sima Rəhimova, Aygün Əzimova, Qərənfil Quliyeva, Jurnalistika ETL-in müdiri Aytəkin Zeynalova, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının professoru Akif Rüstəmov, Jurnalistika ETL-in elmi işçiləri Afaq Sadıqova, Nigar Ağayeva, Multimedia və elektron kommunikasiya kafedrasının böyük laborantı Zibeydə Mirzəyeva, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının böyük laborantı Diləfruz Şahbazova və kargüzar Elmira Həsənova iştirak ediblər.
Sonda elmi işçi Günay Məmmədova seminar mövzusu ilə bağlı iştirakçıların ünvanladığı sualları cavablandırıb.