Jurnalistika fakültəsində növbəti elmi seminar keçirilib
BDU-nun Jurnalistika fakültəsində bu gün növbəti elmi seminar keçirilib. Multimedia və elektron kommunikasiya kafedrasının doktorantı Hüseynova Mətanət Məhərrəm qızının “Televiziyanın maarifləndirmə prosesində cəmiyyətə əsas təsir formaları” adlı məruzəsi dinlənilib. Seminarı giriş sözü ilə elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva açıb, doktorant haqqında qısa məlumat verib.
Doktorant Mətanət Hüseynova çıxış edərək, kütləvi informasiya vasitələri içərisində televiziyanın qavrayış bütövlüyünə nail olunmasında daha güclü təsir imkanlarına malik olduğunu bildirib. O, televiziyanın cəmiyyətin maarifləndirilməsi prosesində ənənəvi KİV-lərlə müqayisədə təsir imkanları baxımından bir addım öndə olduğunu vurğulayıb. Qeyd edilən təsirlər isə əsasən özünü sosial, psixoloji və fizioloji formalarda göstərir. Bu təsir formalarının dəqiq və hərtərəfli öyrənilməsi isə televiziya vasitəsilə cəmiyyətin düzgün maarifləndirilməsi prosesinə öz təsirini göstərir.
Çıxışını bitirdikdən sonra Mətanət Hüseynova seminar iştirakçılarının şoxsaylı suallarını cavablandırdıb. Daha sonra doktorantın elmi rəhbəri, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri professor Allahverdi Məmmədli doktorant və dissertasiya mövzusu barədə qısa məlumat verib və seminar iştirakçılarına öz təşəkkürünü bildirib.
Seminarda iştirak edən Multimedia və elektron kommunikasiya kafedrasının professoru Qulu Məhərrəmli, kafedranın dosenti Sevinc Məmmədova, muəllimlərdən Əli Hacıyev, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professoru Nəsir Əhmədli çıxış edərək təqdimatla bağlı rəylərini bildiriblər.