Jurnalistika fakültəsində elmi seminar
Jurnalistika fakültəsində “Jurnalistika” Elmi Tədqiqat Laboratoriyasının elmi işçisi Güney Salam qızı Mahmudovanın “Prezident Ali Baş Komandan İlham Əliyevin Vətən Müharibəsi dönəmindəki müsahibələrində Azərbaycan həqiqətləri” mövzusunda elmi seminarı keçirilib.
Seminarda fakültənin elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova, Milli mətbuat tarixi kafedrasının dosenti Qərənfil Quliyeva, Jurnalistika ETL-in müdiri Aytəkin Zeynalova, Jurnalistika ETL-in elmi işçisi Nigar Ağayeva, Multimedia və elektron kommunikasiya kafedrasının böyük laborantı Zibeydə Mirzəyeva, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının böyük laborantı Diləfruz Şahbazova və kargüzar Elmira Həsənova iştirak ediblər.
Elmi işçi mövzu ilə bağlı bildirib ki, 44 günlük müharibə dönəmində dünya telekanalları Prezident Ali Baş Komandan İlham Əliyevdən ard-arda müsahibələr aldılar. Ilham Əliyev heç bir telekanala, heç bir informasiya agentliyinə müsahibə verməkdən imtina etmədi. Çünki bu məqam, həm də Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün sərfəli bir fürsət idi. Bu müsahibələrdə dünya ictimaiyyəti Prezident İlham Əliyevin uğurlu diplomatiyasının şahidi oldu.
İlham Əliyev Azərbaycana qarşı olan bəzi jurnalistlərin qərəzli suallarına son dərəcə diplomatik cavabları ilə onlara mükəmməl bir jurnalistika dərsi keçdi.
Əgər Türkiyə, Ərəb ölkələrinin jurnalistləri bu müsahibələr zamanı daha çox peşəkarlıq göstərirdilərsə, CNN, Fransa24, FOX News”, Almaniyanın “ARD” telekanalı, “BBC News” kimi medai əməkdaşları bir sıra qərəzli sualları ilə də yadda qaldılar. Ancaq Prezidentin qərəzli jurnalistlərə təmkinli cavabları da Azərbaycan həqiqətlərinin ifadəsi idi.
Sonda elmi işçi Güney Mahmudova seminar mövzusu ilə bağlı iştirakçıların ünvanladığı sualları cavablandırıb.