İlk xanım elmlər doktoru
Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının dosenti Sevil Həsənova filologiya üzrə elmlər doktoru elmi dərəcəsini alıb və ona diplom təqdim edilib.
Sevil Həsənova müstəqillik illərində fakültənin ilk xanım elmlər doktorudur.
Bu münasibət ilə fakültə adından Sevil xanımı ürəkdən təbrik edir, uğurlarının davamlı olmasını diləyirik!
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının dosenti, Milli mətbuat tarixi kafedrasının doktorantı Sevil Həsənovanın filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Hüseyn Cavidin ədəbi-bədii irsi Azərbaycanın dövri mətbuatında” mövzusunda dissertasiya işini müdafiə edib.