"İkinci Qarabağ müharibəsi The Guardian səhifələrində" mövzusunda elmi seminar
15 Aprel 2024 11:17

Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının doktorantı Fidan Talıblının "İkinci Qarabağ müharibəsi The Guardian səhifələrində" mövzusunda elmi seminarı keçirilib.
Giriş sözü ilə çıxış edən elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva doktorantı təqdim edib, elmi seminarın mövzusu ilə bağlı iştirakçıları məlumatlandırıb. "İkinci Qarabağ müharibəsi The Guardian səhifələrində" mövzusunda çıxış edən F.Talıblı bildirib ki, Qarabağ müharibəsi dünyanın aparıcı media sistemində mühüm yer tutur və aktual araşdırma mövzularından biridir. II Qarabağ müharibəsinin işıqlandırılmasına xüsusi diqqət yetirən ölkələrdən biri də Böyük Britaniyadır. Bununla yanaşı, 44 gün ərzində baş verən hadisələrin təhlili, II Qarabağ müharibəsinin nəticələri və Böyük Britaniyanın mövqeyi göstərilib. Həmçinin Azərbaycanın Böyük Britaniya ilə beynəlxalq əlaqələrinədə toxunulub.
Seminarda Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova, elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva, kafedranın müəllimləri Sabir məmmədli, Həmid Vəliyev, Aytəkin Zeynalova da iştirak ediblər.
Məruzədən sonra çıxış edənlər doktorantın mövzu ilə bağlı hazırlığını yüksək qiymətləndirərək, elmi işlərində uğurlar arzulayıblar.
Elmi seminarın sonunda F.Talıblı müəllimlərin və tələbələrin suallarını cavablandırıb.
Son XƏBƏRLƏR
17.07.2026 | 13:01
“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub
08.07.2026 | 14:22
“İctimaiyyətlə əlaqələr” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq
07.07.2026 | 12:51
Sosial media ilə bağlı yeni tələblər və yeni dərslik
06.07.2026 | 14:31
Jurnalistika fakültəsində “Onlayn və multimedia jurnalistikası” ixtisaslaşması yaradılır
06.07.2026 | 13:21