“İctimaiyyətlə əlaqələrin dövlət idarəçiliyində strateji rolu: Azərbaycan təcrübəsi” mövzusunda elmi seminar
28 Noyabr 2025 13:31

Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının doktorantı Zənurə Talıbovanın “İctimaiyyətlə əlaqələrin dövlət idarəçiliyində strateji rolu: Azərbaycan təcrübəsi” mövzusunda elmi seminarı keçirilib.
Seminarda ictimaiyyətlə əlaqələrin (PR) dövlət idarəçiliyindəki strateji əhəmiyyəti, onun informasiya siyasəti, şəffaflıq və ictimai etimad baxımından rolundan bəhs olunub. Vurğulanıb ki, dövlət qurumları və vətəndaşlar arasında effektiv kommunikasiya mexanizmlərinin qurulması ictimai rəyin düzgün formalaşdırılması, dövlət siyasətinin dəstəklənməsi və sosial sabitliyin qorunması üçün vacib amillərdəndir. Azərbaycan nümunəsində, xüsusilə Prezident Administrasiyası, nazirliklər və yerli icra orqanlarının ictimaiyyətlə əlaqə sahəsində gördüyü işlər təhlil olunub. Sosial media platformalarında rəsmi strukturların fəallaşması, press-relizlər, brifinqlər və ictimai dinləmələrin təşkili nümunə kimi təqdim edilib.
Təqdimatda həmçinin beynəlxalq təcrübə ilə müqayisələr aparılıb və ictimaiyyətlə əlaqələrin yalnız informasiya ötürmək deyil, həm də vətəndaşları qərarvermə prosesinə cəlb etmək baxımından strateji əhəmiyyət daşıdığı vurğulanıb.
Son XƏBƏRLƏR
08.04.2026 | 14:28
"Qəzetdə praktik iş" fənni üzrə açıq dərs
08.04.2026 | 10:23
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinə başlanılır
18.03.2026 | 15:36
Millət vəkili Rüfət Quliyev tələbələrə ustad dərsi keçib
17.03.2026 | 12:35
"Fotoaparatın quruluşu və foto avadanlıqlar" mövzusunda açıq dərs
17.03.2026 | 11:14