İctimai radionun direktoru DJ Fateh tələbələrlə görüşüb
20 May 2024 12:11

Tanınmış radioaparıcı, teleaparıcı, redaktor, kinossenarist, İctimai radionun direktoru DJ Fateh Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb.
Fakültənin dekanı Vüqar Əliyev qonağı təqdim edərək peşəkar mühitdən gələn mütəxəssislərlə tələbələrin görüşünün müsbət hal olduğunu vurğulayıb.
Təlimdə mediada yeni məzmunun yaradılması, rəqəmsal mühitdə media və auditoriya məsələləri, süni intellektin jurnalistikaya təsiri barədə tələbələrə məlumat verilib. Qonaq İctimai radionun timsalında radiojurnalistikanın inkişaf dinamikası, perspektivləri, podkast üçün mövzu seçimi, bu sahədə mövcud imkanlar haqqında danışıb.
Görüşdə süni intellektin inkişafının jurnalistikaya müsbət və mənfi təsirləri barədə geniş fikir mübadiləsi aparılıb, qonaq tələbələri maraqlandıran sualları cavablandırıb.
Sonda DJ Fateh tələbə-jurnalistlərlə görüş imkanının yaradıldığına görə Universitet rəhbərliyinə təşəkkürünü bildirib, belə təlimlərin həm də gənclərin işlə təmin olunmaq fürsətlərini genişləndirdiyini vurğulayıb.
Son XƏBƏRLƏR
17.07.2026 | 13:01
“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub
08.07.2026 | 14:22
“İctimaiyyətlə əlaqələr” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq
07.07.2026 | 12:51
Sosial media ilə bağlı yeni tələblər və yeni dərslik
06.07.2026 | 14:31
Jurnalistika fakültəsində “Onlayn və multimedia jurnalistikası” ixtisaslaşması yaradılır
06.07.2026 | 13:21