“Fotojurnalistikaya Dəstək Proqramı”nın Təqdimat Mərasimi keçirilib
Azərbaycan Mətbuat Şurasında Azərbaycan Milli Mətbuatının 150 illiyinə həsr olunan “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” layihəsi çərçivəsində keçirilən təlimin mükafatlandırma mərasimi keçirilib.
təlimlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin Jurnalistika Fakultəsi, Mətbuat Şurası və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Natəvan Abbaslı və digər qonaqlar layihənin əhəmiyyətindən danışıb, iştirakçılara fotojurnalistika sahəsində uğur arzulayıblar.
Tədbirin sonunda təlimçilər və iştirakçılar təşəkkürnamə və sertifikatlarla mükafatlandırılıblar.