FHN rəsmisi Jurnalistika fakültəsinin qonağı olub

Jurnalistika fakültəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti şöbə rəisinin müavini Ehtiram Xəlilov ilə görüş keçirilib.
"İctimaiyyətlə əlaqələr və marketinq" fənninin qonağı tələbələrə bu sahənin əsas prinsipləri, peşə etikası, rəsmi qurumlarda mətbuat xidmətinin rolu və ictimaiyyətlə səmərəli kommunikasiya yolları barədə ətraflı məlumat verib.
FHN rəsmisi həmçinin, Nazirliyin informasiya siyasətinin qurulması, mediaya operativ və düzgün məlumatların çatdırılması, fövqəladə hallar zamanı kommunikasiya strategiyalarının hazırlanması mövzularında da təcrübəsini bölüşüb.
Görüşün sonunda tələbələrin sualları cavablandırılıb və praktik tövsiyələr verilib.