Fakültənin əməkdaşları Beynəlxalq konfranda iştirak edib
Azərbaycan Texniki Universitetində TİKA və Türk Ocaqları Genel Mərkəzinin təşkilatçılığı ilə 8-9 oktyabr tarixlərində “Uluslararası bağımsızlıqlarının 30-cu ilində türk dövlətləri və türk dünyası bilgi şöləni” beynəlxalq konfransı keçirilməkdədir. 2 gün davam edəcək konfransda Türkiyə və Azərbaycanın aparıcı dövlət universitetlərinin nümayəndələrinin 10 paneldə türk dünyasını maraqlandıran müxtəlif problemlərlə bağlı məruzələri dinləniləcək. 9 oktyabrda Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dörd müəllimi– fakültənin dekanı filologiya elmlər doktoru Vüqar Zifəroğlu “Azərbaycan və Türk dünyasına qarşı yürüdülən informasiya müharibəsi və onun başlıca xüsusiyyətləri”, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının əməkdaşları, siyasi elmlər doktoru Sabir Məmmədli “Media türk xalqları birliyinin aparıcı vasitəsi kimi”, filologiya üzrə fəlsəfə doktoru Vəfa İsgəndərova “Türkdilli ölkələrdə media savadlılığı tədrisi:aktuallıq və gözləntilər”, Milli mətbuat tarixi kafedrasının müəllimi Samir Xalidoğlu “Azərbaycan-Türkiyə ortaq media dəyərlərinin formalaşmasında tarixi münasibətlər” mövzularında çıxış edəcəklər.