Fakültə dekanı tədbirdə iştirak edib
7 dekabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilən “Ailə dəyərləri, qadın və uşaq hüquqlarının təbliği üzrə ən fəal bloger” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər və blogerlər iştirak edib.
Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova bu tədbirlərin keçirilməsinin əsas məqsədinin Komitənin gördüyü işi, müqəddəs olan dəyərləri aşılamaq, eləcə də mətbuatın qoyduğu peşəkar normalara, ümumilikdə insan hüquqları baxımından vacib olan qaydalara diqqət etməyin vacibliyini çatdırmaqdan ibarət olduğunu bildirib.
Münsiflər heyətinin üzvü kimi çıxış edən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev media vasitələrində paylaşılan məlumatların mənfi tərəflərini diqqətə çatdırıb. O, sosial medianın insanlara ciddi mesajlar verdiyini, mental dəyərlərə özünəməxsus şəkildə təsir göstərdiyini qeyd edib. Jurnalistikanın yeni bir istiqaməti olan blogerliyin, özünü peşəkar bir sahə kimi təsdiqlədiyini, insanları məlumatlandırma baxımından mühüm rol oynadığını bildirib.
“Ailə dəyərləri, qadın və uşaq hüquqlarının təbliği üzrə ən fəal bloger” müsabiqəsi