“Əsirlikdə 8 gün” filminin nümayişi və müzakirəsi təşkil olunub
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 26 Fevral – Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Əsirlikdə 8 gün” filminin nümayişi və müzakirəsi keçirilib.
Film saatında Xocalı hadisələrinin insan talelərində buraxdığı ağır izlər bədii-sənədli prizmadan təqdim olunub.
Nümayişdən sonra keçirilən müzakirədə Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi Günel Heydərova tələbələrlə birgə filmdə əks olunan faktlar, müharibə şəraitində informasiya məsuliyyəti və tarixi həqiqətlərin mediada təqdim olunması məsələləri ətrafında fikir mübadiləsi aparıb. O, tələbələrə beynəlxalq humanitar hüquq normaları haqqında danışıb, sülh dönəmində aparılan informasiya siyasətinin regionda sabitliyin qorunmasında atılan mühüm bir addım olduğunu vurğulayıb.