Əməkdar jurnalist Tofiq Abbasov Jurnalistika fakültəsində qonaq olub
Azərbaycan Televiziyasının İctimai - Siyasi Verilişlər studiyasının direktoru, əməkdar jurnalist Tofiq Abbasov BDU-nun Jurnalistika fakültəsində qonaq olub. O, müasir cəmiyyətdə informasiyanın rolu, televiziyada ictimai-siyasi verilişlərin yeri, duskusiya proqramlarının hazırlanma özəllikləri, moderatorun işi, canlı efir məsuliyyəti,ekstremal şəraitdə jurnalistin davranışı və digər mövzularda təcrübəsini tələbələrlə paylaşıb.
Görüşdə fakültənin dekanı, dosent Vüqar Zifəroğlu, “Multimedia və elektron kommunikasiya” kafedrasının müdiri, professor Qulu Məhərrəmli, “Beynəlxalq jurnalistika və informasiya siyasəti” kafedrasının müdiri, dosent Aynur Nəsirova və fənn müəllimi, filologiya üzrə fəlsəfə doktoru Billurə Aslanova iştirak ediblər.
Sonda T.Abbasov tələbələrin çoxsaylı suallarını cavablandırıb, onlara tövsiyələrini bildirib.