“Elmi-tədqiqat metodları” mövzusunda elmi seminar
Yeni media və kommunukasiya nəzəriyyəsi kafedrasının dosenti Könül Niftəliyevanın “Elmi-tədqiqat metodları” mövzusunda elmi seminarı keçirilib.
Seminarda tədqiqat mövzusu və tədqiqat probleminin müəyyən olunması barədə ətraflı izahat verilib. Seminar iştirakçılarına metodologiyanın müəyyən olunması şərtləri, kəmiyyətyönümlü və keyfiyyətyönümlü tədqiqat haqqında ətraflı məlumat verilib,
qarışıq tipli araşdırma yöntəmlərinə xüsusi diqqət ayılıb. Elmi rəhbərlik modelinin
icmalı və müzakirəsi ilə bağlı konkret informasiyalara nəzər yetirilib. K.Niftəliyeva data ilə bağlı izahat verdikdən sonra, data toplama alətlərinin seçimi və hazırlanması, datanın təşkili və təhlili, birbaşa olmayan datanın tapılması kimi məsələlərə aydınlıq gətirib. Elmi seminarda tədqiqatın etik prinsipləri, plagiat və müəlliflik hüququ məsələləri barədə də geniş müzakirə aparılıb. Seminar interaktiv formada davam edib. Tədbir iştirakçılarının sualları cavablandırılıb.