Elm Gününə həsr olunmuş növbəti elmi seminar keçirilib
-lg.jpg)
27 mart – Elm Günü münasibətilə növbəti elmi seminar təşkil olunub. Seminarda Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Akif Babayev “Jurnalistika sahəsində innovasiyalar və yeni texnologiyalar” mövzusunda çıxış edərək iştirakçılara geniş və ətraflı məlumat təqdim edib.
Məruzədə rəqəmsal transformasiya dövründə jurnalistikanın qarşısında duran yeni çağırışlar, süni intellekt və avtomatlaşdırma alətlərinin media fəaliyyətində rolu, multimedial platformaların inkişafı, həmçinin innovativ xəbər istehsalı modelləri müzakirə olunub. Çıxış zamanı yeni texnologiyaların informasiya istehsalı və yayımı prosesinə təsiri xüsusi vurğulanıb.
Seminar iştirakçıların sualları və mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.