“Elm Günü” ilə bağlı ustad dərsi
27 mart “Elm Günü” ilə əlaqədar Jurnalistika fakültəsində tədbirlər planına əsasən növbəti ustad dərsi keçirilib.
Tədbirin moderatoru elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva günün əhəmiyyətini vurğulayaraq keçirilən silsilə tədbirlər barədə məlumat verib və bu günki ustad dərsinin əhəmiyyətindən bəhs edib.
Sonra Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının professoru Akif Rüstəmov “Beynəlxalq jurnalistika və terrorizm” mövzusunda məruzə edib. Məruzəçi beynəlxalq terrorizm anlayışının nə olduğunu diqqətə çatdırıb, onun çoxaspektli sosial-siyasi hadisə fonunda müasir dövrdə qlobal təhlükəyə çevrilməsindən danışıb. Beynəlxalq terrorizmin mahiyyəti və məqsədi barədə cəmiyyətə dəqiq məlumat verilməsinin vacibliyini tələbələrin diqqətinə çatdırıb. O, terror aktının insanlara gətirdiyi fəlakətlərdən də bəhs edib.
Çıxış edən Milli mətbuat tarixi kafedrasınn müdiri professor Cahangir Məmmədli, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri dosent Xatirə Hüseynova, müəllimlərdən Ayaz Musayev, Afaq Sadıqova mövzu ilə bağlı fikirlərini bölüşüblər.
İnteraktiv şəkildə keçən ustad dərsi tələbələrin suallarının cavablandırılması ilə davam edib.