“Elektron media və data jurnalistika” mövzusunda elmi seminar
21 Oktyabr 2024 12:42

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Arzu İsayevanın “Elektron media və data jurnalistika” mövzusunda elmi seminarı keçirilib.
Konvergent şəraitdə elektron medianın önəmi barədə danışan Arzu İsayeva bu sahədə data jurnalistikasının uğurları ilə bağlı nümunələr əsasında təhlillər aparıb. Televiziyada dataların işlənmə mərhələləri barədə məlumat verən məruzəçi yeni media alətlərinin data analizdəki rolu ilə bağlı ən müasir bilgiləri nəzərə çatdırıb. Sonda A.İsayeva elmi seminar iştirakçılarının suallarını cavablandırıb.
Son XƏBƏRLƏR
06.11.2026 | 16:00
Respublika elmi-praktik konfransı öz işini davam etdirir
05.11.2026 | 15:10
Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktik konfransı keçirilir
05.11.2026 | 14:58
Konfransın bölmə iclaslarında məruzələr dinlənilib
05.11.2026 | 14:56