Dövlət Vergi Xidmətinin əməkdaşı ilə görüş
Media idarəçiliyi və menecment fəaliyyəti fənninin qonağı Dövlət Vergi Xidmətinin əməkdaşı, "İqtisadi zona" verilişinin layihə rəhbəri və aparıcısı Günel Bəhramqızı tələbələrə mühazirə oxuyub.
Qonaq iqtdisadiyyatın inkişafında media menecmentinin rolundan, media biznesində bilik və bacarıqların formalaşmasının əsas modellərindən bəhs edib. O, iqtisadi sistemdə informasiya bazarı və media orqanlarının bu bazarın formalaşmasında iştirakını, informasiya məkanının rolunun nələrdən ibarət olduğunu tələbələrin diqqətinə çatdırıb.
G.Bəhramqızı eyni zamanda müəllifi olduğu "İqtisadi zona" verilişi haqqında da ətraflı məlumat verib.
Tələbələrin marağına səbəb olan sualları cavablandıran G.Bəhramqızı dəvətə görə təşəkkürünü bildirib. Sonda xatirə fotosu çəkilib.