"Asan Xidmət"in mətbuat katibi müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (Asan Xidmət) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, BDU Jurnalistika fakültəsinin məzunu Elnur Niftəliyev "Azərbaycan" radiosunun qonağı olub.
O, BDU-nun Jurnalistika fakültəsində təhsil aldığı dönəmlərdən bəhs edərək, fakültənin hazırki maddi texniki bazasının xeyli inkişaf etməsinə də toxunub. Bildirib ki, əvvəlki illərlə müqayisədə tələbələrin praktik vərdişlərə cəlb olunması üçün hərtərəfli şərait yaradılıb. Fakültənin nəzdində fəaliyyət göstərən Tədris tele-radio studiyasında tələbələrin radio və televiziya verilişlərinin hazırlanmasında aktiv iştirak etmələrinə diqqət çəkib.
E.Niftəliyev tələbələrin nəzəri biliklərlə yanaşı praktik vərdişlərə cəlb olunmasını yüksək qiymətləndirib, yaradılan şəraitin gənc jurnalistlərin yetişməsində böyük rol oynayacağını diqqətə çatdırıb.