Doktorantların birillik hesabatları dinlənilib

Milli mətbuat tarixi kafedrasının elmlər doktoru proqramı üzrə əyani doktorantı Aygün Əzimovanın bir illik hesabatı dinlənilib.
Hesabat ilində doktorant fərdi iş planında cari il üçün nəzərdə tutulmuş öhdəliyə uyğun olaraq beynəlxalq konfranslarda iştirak edib və hesabat ilində onun 4 elmi məqaləsi çap edilib. Dərc olunmuş bütün elmi əsərlər doktorantın tədqiqat apardığı elmi mövzuya həsr olunub.
Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının fəlsəfə doktoru proqramı üzrə əcnəbi doktorantı Song Guangxiao da bir illik hesabat verərək, attestasiyadan keçib. Song Guangxiao da br il ərzində məhsuldar iştləyərək konfranslarda tezis və məruz'lərlə çıxış edib, beynəlxalq jurnallarda elmi məqalələr çap etdirib.