Doktorantın dissertasiya işinin ilkin müzakirəsi keçirilib

Jurnalistika fakültəsində Milli mətbuat tarixi kafedrasının doktorantı Qəribov Mahir Heydər oğlunun filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Əhməd bəy Ağaoğlunun mətbu fəaliyyəti və jurnalistika görüşləri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
Müzakirədə fakültə dekanı professor Vüqar Zifəroğlu, dekan müavinləri dosent Sevinc Əliyeva, Samir Mirzəyev, Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli, professor Allahverdi Məmmədli, professor Qərənfil Dünyaminqızı, dosent Aygün Əzimova, f.ü.f.d Rüxsarə Məmmədova, müəllim Nəmənd Rüstəmov, dosent Asəf Qəribov, Tədris tele-radio studiyasının rəhbəri Ramin Rzayev iştirak ediblər.
İlkin müzakirə iştirakçılar tərəfindən müsbət dəyərləndirilib və növbəti mərhələdə müdafiənin keçirilməsinin məqsədəuyğun olduğu bildirilib.