Doktorant Səbinə İzzətlinin dissertasiya işinin ilkin müzakirəsi keçirilib

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının doktorantı Səbinə İzzətlinin “Yeni media jurnalistikasında kontent problemi” mövzusunda, 5720.01 – Jurnalistika ixtisası üzrə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Sevinc Əliyevanın sədrliyi ilə keçən iclasda fakültənin müəllimləri, doktorantları iştirak ediblər.
Dissertasiya ilə bağlı çıxış edənlər təklif və iradlarını səsləndiriblər. Doktorantın elmi rəhbəri Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova, rəyçilər Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova, Aztv-nin sədri Rövşən Məmmədov rəylərini səsləndiriblər. Dissertasiya işi müzakirə olunub, doktorant Səbinə İzzətli sualları cavablandırıb. Sonda səsvermə keçirilib. Dissertasiya işinin müdafiəyə təqdim edilməsi yekdilliklə qəbul olunub.