Doktorant “Researcher Connect Online” təlim proqramını uğurla tamamlayıb.
Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının doktorantı Səbinə İzzətli Britaniya Şurasının (British Council) təşkilatçılığı ilə keçirilən “Researcher Connect Online” təlim proqramını uğurla tamamlayıb. 200-ə yaxın namizəd arasından seçilən 30 iştirakçıdan biri olan doktorantımız proqram çərçivəsində elmi yazı və tədqiqat bacarıqlarını peşəkar səviyyədə təkmilləşdirib.
Bu beynəlxalq təlim proqramı elmi tədqiqat bacarıqlarını inkişaf etdirmək, akademik peşəkarlığını artırmaq və beynəlxalq əməkdaşlıq şəbəkəsini genişləndirmək baxımından olduqca dəyərlidir. Doktorant proqram zamanı əldə etdiyi təcrübəni gələcək tədqiqat və layihələrində tətbiq etməyi planlaşdırır.
Proqramı uğurla başa vuran tədqiqatçılara sertifikatları Böyük Britaniyanın Azərbaycandakı səfiri cənab Fergus Auld və Britaniya Şurasının ölkə üzrə direktoru Nərgiz Hacıyeva təqdim edib.