“Data əsaslı xəbər istehsalında süni intelektin rolu” mövzusunda elmi seminar

Jurnalistika fakültəsində Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi Arzu İsayevanın “Data əsaslı xəbər istehsalında süni intelektin rolu” mövzusunda elmi seminarı keçirilib.
Seminarı giriş sözü ilə açan Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli hazırda süni intellektin (Sİ) müxtəlif sahələrdə, o cümlədən mediada yaratdığı rəqəmsal möcüzələrdən danışıb.
Daha sonra Arzu İsayeva “Data əsaslı xəbər istehsalında süni intelektin rolu” mövzusunda maraqlı məruzə edib. Məruzədə süni intelekt texnologiyalarının media sahəsinə təsiri, data əsaslı jurnalistikanın inkişaf tendensiyaları və xəbərlərin hazırlanmasında süni intellektin gətirdiyi yeniliklər barədə söz açılıb. Arzu İsayeva təqdimatında xəbər istehsalında istifadə olunan müasir analitik alətlər, Sİ əsaslı kontent generasiyası, faktların yoxlanılması prosesində süni intellektin imkanları, həmçinin jurnalistikanın müasir çağırışları barədə ətraflı məlumat verib. Məruzəçi TV-də süni intellektin yaratdığı möcüzələrə dair konkret faktlar nümayiş etdirib.
Seminarda kafedranın müəllimləri, doktorantlar, magistrlər və tədqiqatçılar çıxış edərək media sahəsində süni intellektin tətbiqi ilə bağlı müxtəlif praktik nümunələr haqda danışıblar. Seminar iştirakçıları mövzunun aktuallığını qeyd edərək bu istiqamətdə tədqiqatların davam etdirilməsinin vacibliyini vurğulayıblar.