"Colors on linen" adlı workshop keçirilib

Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsi Tələbə Gənclər Təşkilatı (TGT) Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İqtisadiyyat və İdarəetmə fakültəsi Tələbə Gənclər Təşkilatı (TGT) və CreArt klubunun birgə əməkdaşlıǧı nəticəsində "Colors on linen" adlı workshop keçirilib.
Keçirilən workshop həm yaradıcı, həm də çox səmimi atmosferli ilə tələbələrin maraqlı anlar yaşamasına səbəb olub.
İştirakçılar kətan üzərində öz ideyalarını rənglərlə ifadə ediblər, ortaya isə bir-birindən fərqli və maraqlı işlər çıxarıblar.
Günün ən gözəl hissələrindən biri isə iki universitet tələbələrinin bir araya gələrək şəbəkələşməsi, yeni dostluqlar qurması və birlikdə keyfiyyətli vaxt keçirməsi olub.
Bol gülüş, maraqlı söhbətlər və yaradıcı enerji workshopa tamam fərqli aura qatıb.
Bəzən ən yaxşı xatirələr rənglər arasında yaranır.