Çinli doktorant Liu Youshanın elmi seminarı kecirilib

Jurnalistika fakültəsində Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının çinli doktorantı Liu Youshanın elmi seminarı kecirilib.
”2025-ci ildə Çin-Azərbaycan münasibətlərində yeni meyillər: KİV-də əksi" mövzusunda keçirilən seminarda kafedranın müəllimləri və fakültə əməkdaşları iştirak ediblər.
Liu Yousha qeyd edib ki, son illərdə Çin–Azərbaycan münasibətləri iqtisadiyyat, energetika və mədəni mübadilə sahələrində əhəmiyyətli dərəcədə möhkəmlənib. 2025-ci ildə bu münasibətlərin yeni tendensiyaları xüsusilə Çin və Azərbaycan KİV-lərinin işıqlandırmasında özünü göstərir. Çin KİV-ləri “Bir kəmər, bir yol” təşəbbüslərinə və siyasi etimada diqqət yetirdiyi halda, Azərbaycan KİV-ləri əməkdaşlığın iqtisadi faydalarını və regional əhəmiyyətini vurğulayıb.
Seminarda belə media təqdimatlarının ikitərəfli münasibətlərin inkişafına necə təsir etdiyi araşdırılıb.
Məqsəd, mediaprizma vasitəsilə 2025-ci ildə Çin–Azərbaycan münasibətlərinin yeni mərhələlərini qiymətləndirməkdir.
Elmi seminarın sonunda doktorantın mövzu ilə bağlı hazırlığı yüksək qiymətləndirilib.