“Cəlil Məmmədquluzadənin publisistikası” mövzusunda tədbir keçirilib
3 Noyabr 2026 12:28

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Görkəmli Azərbaycan publisistləri” fənni çərçivəsində “Cəlil Məmmədquluzadənin publisistikası” mövzusunda tədbir keçirilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Mətbuat və publisistika şöbəsinin baş elmi işçisi Gülbəniz Babayeva mövzu ilə bağlı mühazirə deyib.
İlk olaraq Mətbuat tarixi kafedrasının dosenti filologiya üzrə fəlsəfə doktoru Aygün Əzimova giriş nitqi ilə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.
Daha sonra Gülbəniz Babayeva Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatında və publisistika tarixində tutduğu mövqe barədə ətraflı məlumat verib. O, görkəmli ədibin publisistik irsinin əsas xüsusiyyətlərinə toxunaraq, onun qələmə aldığı əsərlərdə dövrün ictimai-siyasi problemlərinin, sosial ədalətsizliyin, maarifçilik ideyalarının və cəmiyyətin inkişafına mane olan məsələlərin geniş əks olunduğunu diqqətə çatdırıb.
G.Babayeva Cəlil Məmmədquluzadənin yaradıcılığının Azərbaycan mətbuatının inkişafındakı rolundan bəhs edib, onun publisistik irsinin müasir jurnalistika üçün də əhəmiyyətini vurğulayıb. Eyni zamanda tələbələrlə mövzu ətrafında fikir mübadiləsi aparıb və onları maraqlandıran sualları cavablandırıb.
Tədbirdə Mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli başda olmaqla kafedranın müəllim heyəti də iştirak edib.
Son XƏBƏRLƏR
06.11.2026 | 16:00
Respublika elmi-praktik konfransı öz işini davam etdirir
05.11.2026 | 15:10
Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktik konfransı keçirilir
05.11.2026 | 14:58
Konfransın bölmə iclaslarında məruzələr dinlənilib
05.11.2026 | 14:56