CBC Sport telekanalının aparıcısı Arifə Lətifova tələbələrlə görüşüb

Bakı Dövlət Universitetinin (BDU) “BDU Könüllüləri” təşkilatının Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatıçılığı ilə “MediaPulse” təcrübə proqramının növbəti qonağı, CBC Sport telekanalının tanınmış siması, peşəkar idman jurnalisti və aparıcısı Arifə Lətifova olub.
Görüş zamanı jurnalist idman mediasında qazandığı təcrübəni tələbələrlə bölüşərək gələcəkdə bu sahədə uğur qazanmaq istəyən gənclərə tövsiyyələr verib.
Tədbir interaktiv müzakirə formatında davam edib. Tələbələr idman jurnalistikasının xüsusiyyətləri, bu sahədə karyera qurma imkanları və peşə fəaliyyətində qarşılaşdıqları çətinliklərlə bağlı suallar ünvanlayıblar.
Sonda Arifə Lətifova gənclərə idman jurnalistikasında uğurlu olmaq üçün daim çalışmalı, cəsarətli olmalı, peşəkarlıq üçün idmana olan sevgini qorumaq lazım olduğunu deyib.