Birdəfəlik Dissertasiya Şurası elmi seminar keçirib
AMEA-nın Folklor İnstitutunda Filologiya elmləri üzrə Dissertasiya Şurası yanında yaradılmş Birdəfəlik Dissertasiya Şurasının qərarı ilə elmi seminar (sədr filoloğiya elmləri doktoru Vüqar Əliyev, katib filologiya üzrə fəlsəfə doktoru Arzu İsayeva) keçirilmişdir.
Elmi seminarda Bakı Dövlət Universitetinin Beynəlxalq Jurnalistika və informasiya siyasət kafedrasının doktorantı Namiq Qədim oğlu Əhmədovun “Müstəqillik dövründə Azərbaycan-Türkiyə münasibətlərinin “Xalq qəzeti”ndə təqdimi məsələləri” və Multimedia və elektron kommunikasiya kafedrasının disertantı Şəlalə Məhyəddin qızı Quliyevanın “Audiopublisistikada ifadə vasitələrinin sintezi problemi” mövzusunda dissertasiya işi müzakirə edilmiş, hər iki iddiyacının filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiya-sının tələblərinə cavab verdiyi qeyd edilmiş və açıq müdafiəyə buraxılmışdır.
Qeyd edək ki, AMEA Folklor İnstitutunda Filologiya elmləri üzrə Dissertasiya Şurası yanında fəaliyyət göstərən 5720.01 - Jurnalistika ixtisası üzrə mütəxəssislərin daxil edildiyi Birdəfəlik Dissertasiya Şurası Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarı ilə yaradılmışdır.